20 C
Baku
Thursday, May 23, 2024

Səhv köçürülmüş pulları necə qaytarmaq olar

Banka kredit üçün müraciət etdikdə bəzən istəmədiyimiz problemlərlə qarşılaşırıq. Krediti almaq kimi onu geri qaytarmaq da vacibdir. Əgər kredit ödənişlərinizi vaxtında ödəyə bilməsəniz bu artıq sizin üçün böyük bir problem sayılır. Təbii ki, siz kredit borcunuzu ödəyə bilmədikdə sizinlə yanaşı bank da problemlerlə üzləşməli olur. Belə ki, bu zaman siz heç də xoş olmayan korlanmış kredit tarixçəsinə belə sahib ola bilərsiniz. 

Bir də düşünün ki, siz kredit ödənişinizi vaxtı vaxtında etdiyiniz zaman belə korlanmış kredit tarixçəsinə sahib olursunuz. Yəni siz ödənişinizi tam olaraq etdiyiniz zaman bank bu ödənişləri təsdiq etmir. Buna səbəb bir neçə nüans ola bilər yəni siz bir neçə səbəblərdən yalnış ödənişlər həyata keçirə bilərsiniz. Bu isə o deməkdir ki, siz yalnış ödəniş həyata keçirmisiniz və etdiyiniz ödənişlər səhvən digər müştərinin hesabına yatmışdır. Təbii ki, bu kimi hadisələr baş verdikdə və siz korlanmış kredit tarixçəsinə sahib olduqda növbəti dəfə kredit götürdmək istəsəniz problemlərlə qarşılaşa bilərsiniz.

Necə ola bilər ki, kredit ödənişi edilən zaman səhvən digər müştərinin hesabına ödənsin ?

Başqa müştərinin hesabına vəsaitin mədaxil olması kredit ödənişiləri zamanı baş verən səhvlərdən ən risklisi hesab olunur və bir çox müştərinin yaşayacağı hadisədir. Bu proses necə baş verə bilər. Kredit ödənişi zamanı yaşanan səhv bir neçə halda baş verə bilər:

  • Müştərinin hesab nömrəsinin səhvən deməsi;
  • Əməliyyatçının səhvən vəsaiti başqa hesaba mədaxil etməsi.
  • Eyni soyadın olması

Hər halın baş vermə nəticəsinə görə məsuliyyət və cavabdehlik müştərinin üzərinə düşə bilər. Çünki hər bir müştəri mədaxil orderini imzalayarkən hesab sahibinin, başqa sözlə hesabına mədaxil olunan şəxsin adı, soyadı yazılır və bunu yoxlayıb həqiqətən həmin hesaba mədaxil etməsini təsdiqləyən imzasını atır.

Bəzən isə eyni ad və soyadı olan bankın müşətriləri çox olduğundan belə hallar baş verə bilər. Bu halların yaşanmaması üçün bank ödənişləri qəbul edərkən atanızın adı və ünvana kimi tam dəqiq soruşurlar. Lakin başqa hesaba oturanda artıq kredit ödənişini qəbul edən bank əməkdaşı məsuliyyət daşıyır (əgər müştəri ad soyadını düz deyib və bank işçisi başqasının hesabına otuzdurubsa) həmin halda hansı müştərinin hesabına otuzdurulursa onun razılığı əsasında pul geri alınır əger razılıq vermsə onda yenidən ödəniş olmalıdır və krediti qəbul edənin səhvi olduğundan məhz əməlyyatçı özü ödənişi etməlidir.

Bu hal baş verdiyi zaman həmin şəxs korlanmış kredit tarixcəsinə sahib olurmu?

Təbii ki, 2- 3 gün gecikmə olduğu halda belə siz korlanmış kredit tarixcəsinə sahib olurunuz və bank sizə zəng edərək bu barədə məlumat verir. Əgər siz ödənişinizi etmisinizsə qəbzlə banka yaxınlaşırsınız və bu zaman bilinir ki, ödəniş səhvən başqasına keçib o halda maliyye şöbəsi ilə problemi aradan qaldırırlar və bankın səhvi ucbatından korlanan kredit tarixçəsi bərpa olunur.

Təqsirin kimdə olmasından asılı olmayaraq məbləğin başqa hesaba düşməsinin nəticələri bəzən ağır olur və təbii ki, risklidir. Çünki, vəsaitin hesaba səhvən mədaxil olmasına baxmayaraq, həmin vəsaiti başqasının hesabından çəkmək üçün hesab sahibinin imzası və təsdiqi lazımdır. Bu hüquqi şəxs və ya sahibkarlıqla məşğul olan şəxs olduqda isə dövriyyəsinin artmasına görə risklər yaranır. Bu risklər müştərinin narazılığı, hüquqi risklər və sairdir.

Məsələn, əgər siz hüquqi şəxsin hesabına səhvən 20 000 manat vəsait daxil etmisinizsə, sizin sadələşdirilmiş vergidən çıxaraq ƏDV ödəyicisinə çevrilmək kimi riskləriniz yaranır. Ümumiyyətlə isə müştərinin əlavə vergi yükü yaranma riski olur və bankın vergi orqanları ilə bu məsələni həll etmək məcburiyyəti yaranır.

Səhvən edilən ödənişlər geri qaytarılırmı və hansı müddətə?

Əgər sizin 2-3 hesabınız varsa məsələn, cari hesab əvəzinə kart hesabına atılarsa onda sizin istəyiniz ilə tez müddətdə əməliyyatçı tərəfindən kart hesabından cari hesabına köçürülür. Yox əgər başqa müştərinin hesabına pul köçürülərsə onda müştəri razılıq verəndən sonra həmin gün əməliyyat heyata keçərək pulunuz geri qaytarılır.

Pul başqasına ödəndikdə müştərinin özünə cərimə hesablanırmı?

Əgər sizin səhvinizdən kredit səhv ödənibsə onda sizə cərimələr hesablanacaq, yox əgər bu səhv kredit işçisinin ucbatından olubsa o zaman ya əməliyyatçı sizin cərimənizi ödəyir ya da rəhbərliyə müraciət olunaraq cərimələr silinir. Sizin pulunuz öz cari hesabınıza ödəndikdən sonra isə birinci sizin cəriməniz sonra isə faiz borcunuz silinir.

Digər tərəfdən isə, kredit ödənişinizi həyata keçirilmədiyi üçün sizin adınız gecikməyə düşür. Ümimiyyətlə kreditin səhvən mədaxil olunması baş verdiyi halda hər bank bu məsələyə müxtəlif cür yanaşır. Bu məsələ sırf olaraq subyektiv amil olduğu üçün bankların yanaşmasından asılıdır. Bəzi banklar bu məsələdə müştəriyə güzəştə gedirlər. Banklar sizin əlavə hesablanmış faizlərinizi və cərimə faizlərinizi silə bilərlər. Lakin bəzi banklar isə bu məsələdə güzəştə getməsələr belə haqsız deyillər və sizin heç bir yerə şikayət etməyiniz belə mümkün deyil. Adətən isə banklar müştərilərini itirməmək və daha da onlara yaxşı xidmət göstərmək üçün çalışdıqlarını nəzərə alsaq bu kimi hadisələr baş verdiyi zaman müəyyən qədər güzəştə gedirlər.

Onu da qeyd etmək istərdik ki, vəsaitin hesabdan silinməsi demək olar ki, bütün banklarda proqram tərəfindən həyata keçirilir. Bu səbəbdən də silinmə ardıcıllığında səhvlərin olması ehtimalı çox azdır. Məsələn, səhvən öncə əsas məbləğin, sonra faizlərin silinməsi kimi hadisələrin çox az hallarda baş verməsi mümkündür.

Məqalənin hazırlanmasında informasiya dəstəyinə görə Ata Bank və Bank Respublikanın əməkdaşlarına təşəkür edirik. 

Son xəbərlər
 ⁠
Digər xəbərlər