23 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Şəkidə güclü yanğın başlayıb

Screen Shot 2021 09 02 at 14.34.20

Şəkidə kol-kosdan başlayan yanğın əvvəlcə yol kənarındakı ağaclara, oradan da fərdi təsərrüfatlara keçib.

Rayonun Aşağı Küngüt kəndi ərazisində yanğın başlayıb.

Sakinlər bildiriblər ki, yanğın kol-koslardan başlayıb: “Daha sonra yanğınlar bir neçə istiqamətdə genişlənərək yolun kənarındakı ağaclara, oradan da yaxınlıqdakı fərdi təsərrüfatlara keçib”.

Yanğının söndürülməsi üçün əvvəlcə kənd sakinləri səfərbər olub. Havanın küləkli olması yanğınların bir neçə istiqamətdə genişlənməsinə və daha böyük əraziləri əhatə etməsinə səbəb olub. Hazırda ərazidə yanğın davam edir.

Hadisə yerinə Şəki Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər