5 C
Baku
Şənbə, Yanvar 29, 2022

Şəkidə şadlıq sarayının direktoru barəsində araşdırma başlanılıb

Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Şəki şəhəri ərazisində yerləşən “Aytac” şadlıq sarayında toy mərasimində koronavirus epidemiyası ilə əlaqədar tətbiq edilən karantin rejiminin pozulması halları aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Banker.az-a verilən məlumata görə, yoxlamalar zamanı toy mərasimində 150 nəfərdən artıq qonağın iştirak etdiyi müəyyən olunub.

Karantin rejimindən irəli gələn tələblər bir daha obyektin icraçı direktoru Zaur Kərimovun diqqətinə çatdırılıb. Onun barəsində Şəki Şəhər Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma başlanılıb.

Son xəbərlər
Oxşar xəbərlər