28 C
Baku
Saturday, July 27, 2024

Səkkiz Afrika ölkəsi vahid valyutaya keçəcəkdir

Qərbi Afrika İqtisadi və Valyuta Birliyinin (UEMOA) səkkiz ölkəsi, 2020-dən etibarən CFA frankından imtina edib vahid valyutaya (eko) keçəcək.

Bu haqda Kot-d’İvuar prezidenti Alassan Uattara Fransa prezidenti Emmanuel Makron ilə Abidjanda keçirilən konfransda məlumat verib.

CFA frankı Fransa hökumətinin 26 dekabr 1945-ci il tarixli qərarı ilə Qərbi və Ekvatorial Afrikadakı fransız mülkiyyətinin pul vahidi kimi təqdim edilmişdir.

Uattara əlavə olaraq bildirir ki, səkkiz Afrika ölkəsi Mərkəzi Bank və Fransa xəzinəsi ilə texniki əlaqələri kəsir, yeni valyuta yerli strukturlar tərəfindən tənzimlənəcək.

Kot-d’İvuarın rəhbəri, həmçinin Fransanın Qərbi Afrika Mərkəzi Bankının bank və maliyyə siyasəti Komissiyasından nümayəndələrini geri çəkəcəyini də qeyd edib.

Keçmiş fransız əmanətlərinin valyuta ehtiyatlarının yarısının Afrikadakı Fransa mərkəzi Bankında saxlanması şərti ləğv edilib.

“Fransa böhran vəziyyətində qarant ölkə kimi qalacaq. Eko valyutasına keçən ölkələr idxal xərclərini ödəyə bilmədikləri təqdirdə, Fransa onlara kömək edəcək və bununla da komissiyaya qayıtmaq hüququnu qazanacaq”, – Uattara bildirir. Yeni valyuta Benin, Burkina-Faso, Qvineya-Bisau, Mali, Nigeriya, Seneqal, Toqo və Kot-d’İvuarda istifadə ediləcək.

Son xəbərlər
Digər xəbərlər