4 C
Baku
Monday, December 5, 2022

Səkkiz ölkənin lideri Ukraynadakı vəziyyəti müzakirə edib

Yaponiyanın Baş naziri Fumio Kişida, ABŞ Prezidenti Co Bayden və daha altı ölkənin liderləri Ukraynadakı vəziyyəti müzakirə edərək bu ölkəyə yardımları davam etdirəcəklərini bildiriblər.

ABŞ Prezidentinin təşəbbüsü ilə keçirilən onlayn görüş sentyabrın 8-də Yaponiya vaxtı ilə gecə saatlarında baş tutub. Görüşdə Fransa Prezidenti istisna olmaqla G7 qrupunun üzvü olan ölkələr iştirak ediblər.

Ukrayna ətrafında vəziyyəti müzakirə edən liderlər bu ölkəyə yardımı və Rusiyaya qarşı sanksiyaları davam etdirmək barədə razılığa gəliblər.

Görüş zamanı, həmçinin enerji və ərzaq tədarükü ilə bağlı əməkdaşlığı gücləndirmək barədə də razılıq əldə edilib.

Rusiyanın Hind-Sakit okean regionunda son hərəkətləri barədə məlumat verən Yaponiyanın Baş naziri neytral ölkələrlə işi fəallaşdırmağın vacibliyini qeyd edib.

F.Kişida, həmçinin bu yaxınlarda Tunisdə baş tutan Afrikanın inkişafı üzrə səkkizinci Tokio konfransı barədə də məlumat verib. İştirakçı ölkələrin Rusiyanın hərbi təcavüzü ilə bağlı narahat olduqlarını ifadə etdiklərini bildirib.

Yaponiyanın gələn il G7 qrupuna sədrlik edəcəyini xatırladan Baş nazir Tokionun qrup üzvləri və tərəfdaş ölkələrlə Ukraynadakı vəziyyəti sabitləşdirmək üçün vahid mövqenin formalaşmasına çalışacağını qeyd edib.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X