23 C
Baku
Thursday, October 10, 2024

Səlim Müslümovun məhkəməsi təxirə salınıb

Sabiq əmək və sosial müdafiə naziri Səlim Müslümovun cinayət işi üzrə bu günə təyin olunmuş məhkəmə prosesi təxirə salınıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin təxirə salınmasına səbəb vəkillərin vəsatətlə müraciət etməsi olub.

Sədrlik edən hakim Faiq Qəniyev deyib ki, Səlim Müslümovun işindən ayrılmış israfetmə epizodu üzrə dəymiş ziyanın ödənilməsi ilə bağlı müvafiq işlər görülür. Ziyanın tam ödənilməsi üçün görülən işlərin tamamlanması məqsədilə müdafiə tərəfinə vaxt verilməsi qərara alınıb.

Proses aprelin 28-ə təyin edilib.

Qeyd edək ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Cinayət Məcəlləsinin 179.4 ( xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunur.

Sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.

Son xəbərlər
Digər xəbərlər