5 C
Baku
Friday, February 23, 2024

Səmərqənddə İlham Əliyev ilə Şavkat Mirziyoyev arasında görüş keçirilir – Yenilənib

Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilir.

İki dövlət başçısı arasında görüş Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində təşkil olunub.

Görüş zamanı dövlət başçılarının avtomobil sənayesi, kənd təsərrüfatı, enerji sektoru, kimya və neft-qaz sənayesi sahələrində əməkdaşlıq layihələrini müzakirə etməsi planlaşdırılır.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.

***

Noyabrın 10-da Səmərqənddə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev ilə görüşü olub.

Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər