24 C
Baku
Çərşənbə, May 18, 2022

Şəmkirdə ərzaq mağazası cərimələnib

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Şəmkir şəhəri, 20 Yanvar küçəsində fəaliyyət göstərən, fiziki şəxs Bayraməliyev Rəşid Musa oğluna məxsus ərzaq satışı mağazasında planlı yoxlama keçirib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, yoxlama zamanı ərzaq mağazasında qida təhlükəsizliyi sahəsində normativ hüquqi sənədlərin tələblərinin kobud şəkildə pozulduğu, həmçinin istifadə müddəti bitmiş müxtəlif əmtəə nişanlı şirniyyatların və meyvə şirələrinin qanunsuz satışının həyata keçirildiyi aşkar edilib. Aşkar olunmuş faktla bağlı istehlaka yararsız məhsullar satış şəbəkəsindən çıxarılaraq məhv edilib, sahibkar barəsində inzibati qaydada tədbir görülüb.

Son xəbərlər
Oxşar xəbərlər