23 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Şəmkirdə ticarət mərkəzindəki obyektlərin fəaliyyəti dayandırıldı – Video

Screen Shot 2021 09 02 at 14.34.20

Şəmkir rayonunun Çinarlı qəsəbəsində fəaliyyət göstərən ictimai iaşə müəssisələrinin fəaliyyəti dayandırılıb. 

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəmkir rayonu, Çinarlı qəsəbəsi ərazisində yerləşən ticarət mərkəzində aparılmış plandankənar yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, aşkar edilmiş nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Xidmətlə razılaşdırılmadan obyektin təyinatı dəyişdirilib, obyekt odsöndürənlərlə təchiz olunmayıb, yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb və digər qayda pozuntuları aşkarlanıb.

Qeyd olunanları nəzərə alaraq, Çinarlı qəsəbəsində fəaliyyət göstərən ticarət mərkəzinin ərazisində yerləşən ictimai-iaşə obyektlərində işlərin görülməsi və xidmətlərin göstərilməsinin dayandırılması barədə qərar qəbul edilib.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər