15 C
Baku
Friday, March 29, 2024

Varlısansa ABŞ-a xoş gəlmisən, kasıbsansa geri qayıt – “Green Card”da yeni qayda

ABŞ prezidenti Donald Tramp ölkənin miqrasiya qanunvericiliyinə və uzun illərdən bəri fəaliyyət göstərən miqrasiya sisteminə ciddi yenilik edir.

Banker.az Fed.az-a istinadən xəbər verir ki, avqustun 12-də ABŞ-ın milli təhlükəsizlik nazirliyi «Qrin kart»la bağlı yeni qaydaların layihəsini dərc edib. Həmmin layihəyə əsasən gəlirləri aşağı səviyyədə olan miqrantlar ABŞ-da daimi yaşayış icazəsi ala bilməzlər. Oktyabrda qüvvəyə minəcək qanuna və yeni qaydalara əsasən, digər ölkələrin vətəndaşlarına «qrin kart» veriləndə həmin şəxslərin güzəştli tibbi sığortadan, ərzaq talonlarından və güzəştli mənzil alışı proqramından istifadə etməsi araşdırılacaq. Belə hallar ortayma çıxırsa, həmin şəxslərə imtina verilə bilər.

«The Wall Street Journal» yazır ki, Trampın bu təşəbbüsü miqrantlara qarşı tətbiq edilən ən radikal qərardır.

«Bu yanaşma o deməkdir ki, sən varlısansa ABŞ-a xoş gəlimisən, kasıbsansa geri qayıt. Bu antiamerikan, antimiqrant və qanunsuz yanaşmadır» deyə Vaşinqtonun baş prokuroru Robert Ferqüson bildirib.

Artıq ABŞ-ın 13 ştatı bu yanaşmaya görə, prezident administrasiyasını məhkəməyə veriblər. Onların fikrincə, bu yenilik, kiçik gəlirləri olan insanları ABŞ vətəndaşı olmaqdan məhrum edir. İddianı Vaşinqton, Virciniya, Delaver, Kolorado, İllinoys, Massaçusets, Minnesota, Miçiqan, Merilend, Nevada, Nyu-Cersi, Nyu-Meksiko və Rod-Aylend ştatları qaldırıb.

İddiada deyilir ki, yeni qanun federal immiqrasiya qanunvericiliyin radikal surətdə dəyişir və nəticədə miqrantların iqtisadi çevikliyinə yönəlik sistemi varlılara üstünlük verən sistemə çevirir.

Ekspertlər antimiqrant tədbirlərini yaxınlaşmaqda olan prezident seçkiləri ilə əlaqələndirirlər. Belə ki, sözügedən qanun Trampın ilk seçkilərdə verdiyi vədlərdən biri idi. 

Son xəbərlər
Digər xəbərlər