27 C
Baku
Tuesday, May 28, 2024

Sənaye parklarının rezidentləri vergi və gömrük güzəştləri nəticəsində 428.6 milyon manata qənaət ediblər

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye parklarında tətbiq edilmiş idxal ƏDV və gömrük güzəştləri nəticəsində rezidentlər bu günə qədər 428.6 milyon manatdan çox vəsaitə qənaət ediblər.

Banker.az agentliyə istinadən xəbər verir ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.

İndiyədək sənaye zonalarında 108 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 60-ı fəaliyyətə başlayıb. Sahibkarlar tərəfindən bu günədək sənaye zonalarına 6.4 milyard manatdan çox investisiya yatırılıb və 10100-dən çox daimi iş yeri yaradılıb.

Sənaye zonaları ölkənin qeyri-neft sektorunun inkişafında mühüm rol oynayırlar. Belə ki, 2022-ci ilin I yarısında 1.3 milyard manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14.9%, qeyri-neft sənaye məhsullarının ixracında 33.1% (543.9 mln. manat) olub. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər