23 C
Baku
Tuesday, May 28, 2024

Şərabçılıq sahəsində yeni dövlət standartları qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs şərabçılıq sahəsində iki yeni dövlət standartlarını qəbul edib.

Bu barədə Standartlaşdırma İnstitutundan məlumat verilib.

Bildirilib ki, AZS 923:2022 “Şərablar, şərab materialları, konyaklar və konyak spirtləri və spirtlənmiş meyvə-giləmeyvə şirələri. Dəmirin təyini üsulu” və AZS 924:2022 “Şərablar, şərab materialları, konyak spirtləri, spirtli meyvə-giləmeyvə şirələri. Uçucu turşuların təyini üsulları” dövlət standartları qəbul edilib.

Standartlar “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırması üzrə Texniki Komitənin (AZSTAND/TK 22) təqdimatı əsasında Standartlaşdırma İnstitutu tərəfindən təsdiq edilib.

Yeni dövlət standartları üzüm, meyvə-giləmeyvə, şampan, konyak spirtlərinə, spirtli meyvə-giləmeyvə şirələrinə aid edilir.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər