13 C
Baku
Friday, April 19, 2024

Şərikli biznes effektlidirmi? (iş adamlarından sorğu)

Zaman-zaman insanlar əllərində olan maliyyə resurslarını daha da genişləndirmək üçün şərikli biznesə üstünlük veriblər. Bəs indiki zaman şərikli (partnyorlu) biznes effektlidirmi? Bununla bağlı apardığım sorğunu sizlərə təqdim edirəm.

Asif Əliyev: Birgə biznesin effekti daha böyük uğur gətirə bilər. Yəni əgər vəsaitin kifayət etmirsə və səninlə eyni fikirli insanlar varsa, onlarla birgi biznes əlaqələri qurub daha da böyük nəticə qazanmaq olar. Azərbaycanda bununla bağlı nümunələr var. Dünyanın ən böyük şirkətlərinin bir çoxları, partnyorluq biznesi ilə başlayıblar və bu günə kimi bu prinsip davam edir.

Arif Məmmədov: Partnyorluq biznes mədəniyyəti bizdə formalaşmayb. Düşünürəm ki, tək işi qurmaq daha rahatdı. Üstünlükləri çoxdur. Özün öz məsuliyyətini hiss edirsən və bütün var gücünlə bu işin inkişaf etməyinə çalışırsan. Buna nümunə olaraq dünya praktikasında bir çox şirkətlər var ki, onları təsis edib, inkişaf etdirən bir nəfər olub.

Şamil Ağayev: Azərbaycanda biznes qurub inkişaf etdirməyin təminatı yoxdur. Yəni bu gün mən biznes qurub tək və kimləsə inkişaf etdirsəm, bunun sonda təminatı olmalıdır. Düzdür müəyyən işlər aparılır bunun üçün, amma bu kifayət deyil.

Seymur Qədirli: Bəzi biznesmenlər, komandanı özünün beyin mərkəzi olaraq görür yararlanır və bu da öz bəhrəsini götürür. Ona görədə komanda yarananda payçıların çoxluğunan deyil bir təsisçi və beyin mərkəzi olan idarəetmədə təsisçi daha çox qazanc əldə edir.

Fariz Qulubəyli: Bəzən iki nəfər ortaq biznes qururlar. Sonra biri bir-birlərindən ayrılıllar. Bu təbii haldı. Amma bəzən elə olur ki, biznes qurduqda iki nəfər arasında müqavilə olmur. Sonradan da, biznes inkişaf etdikdən sonra, bir-birlərindən ayrılanda, bu müəyyən problemlərə, hətta məhkəmələrə gətirib çıxarır. Ona görə ortaq biznes quranda diqqətli olmaq lazımdı. Hətta deyərdim ki, xırda detalları belə təhlil etmək lazımdı.

Samir Həsənli: İstəmirsən gələcəkdə problem olsun, işini tək gör. El arasında bununla bağlı maarifləndirici atalar sözlərimiz də var.

Zamin Qarayev: Bizdə şərikli biznes sözünü çox fakt inkar edirlər. Bunu düz hesab etmirəm. Səbəb isə əhəmiyyətin dərk edilməməyində görürəm. Şərikli biznesin müsbət və mənfi cəhətləri var və binun olması təbii haldı. Əsirlər boyu insanlar bir işi görmək üçün bir-birlərinə dəstək olublar. Bəzən deyillər ki, yeni bir iş, yaxşı unudulmuş köhnə tarixdi. Şərikli biznesə kollektiv təsərrüfat, kooperativ, səhmdər cəmiyyətlər və sair amilləri aid etmək olar. Bəzən konfiliktlərin həll olunma bacarığını bilməyərək, şərikli biznesin əhəmiyyətsiz biznes olduğunu qeyd edirlər. Hər şey bünövrədən aslıdır. Bünövrə möhkəm olduqda, digər məsələləri həll etmək asandı. Burada da diqqət çəkən məqam sənədlərlə bağlıdır. Sənədlər real faktı əks etdirməlidir. Orada olan qeydlər, rəqabətə davamlılığı, bazarda olan vəziyyəti göstərməlidir. Hər bir şərikli biznesdə, beyin mərkəzi olur. Ola bilər bu beyin mərkəzi tək yox, çoxluq təşkil etsin. Misal üçün, bir şəxs hüquq sahəsin, digəri marketinq, maliyyə və sahələri özündə cəmləşdirsin. Komanda şəkilində biznes qurmağın da əsas üstünlüyü də, məsuliyyətin paylaşmağındadır. Yəni şirkətin zərəri və xeyri də bölüşdürülür. Gələcək də, şərik insanlar tək işlədikdə də, yəni biznesini tək quranda, burdakı işlər onlara böyük təcrübə olur.

İqtisadçı-ekspert Rauf Qarayev






Son xəbərlər
Digər xəbərlər