Sərmayəçilər  IPO-dan sonra “Lyft” şirkətini məhkəməyə verdilər

17 aprel tarixində Amerikanın onlayn taksi xidməti olan “Lyft” şirkətinə, onun idarə heyətinə və maliyyə vasitəçilərinə qarşı iki kollektiv iddia açılıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az xəbər verir ki, Bloomberg-in verdiyi məlumata əsasən, iddia şirkətin qərargahının yerləşdiyi San-Fransisko məhkəməsində qaldırılıb. Sərmayəçilər qeyd edirlər ki, “Lyft” şirkəti IPO-dan sonra səhmlərin qiymətlərini artırıb, nəticədə sonrakı mərhələdə qiymətlərdə kəskin azalma baş verib.

Xatırladaq ki, “Lyft” IPO-nu mart ayının sonunda keçirib, yerləşdirmə zamanı səhmlərin qiyməti 72 dollar təşkil edib. Həmin dövrdən bəri, üç həftə ərzində səhmlərin qiyməti 17% azalaraq, 59,5 dollara çatıb. Sərmayəçilər şirkəti onlara yanlış məlumatlar verməsində ittiham edirlər.

Ötən həftə “Lyft” şirkətinin əsas rəqibi olan “Uber”, IPO-ya keçməsinə dair sorğu göndərib: o, Nyu-York şəhərinin fond birjasında may ayının əvvəlində keçməlidir.