23 C
Baku
Sunday, July 21, 2024

Sərnişin daşıyan şirkət 20 min manat cərimələndi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Monella” MMC barədə inzibati protokol tərtib edib.

 Binəqədi Rayon Məhkəməsi bu protokola əsasən, şirkətin 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.

Şirkət İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) maddəsi ilə təqsirli bilinib.

Binəqədi Rayon Məhkəməsinin qərarından verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb və təmin edilməyib.

Qeyd edək ki, “Monella” MMC Bakıda şəhərdaxili sərnişin daşıyan şirkətdir. 

© Report

Son xəbərlər
Digər xəbərlər