4 C
Baku
Saturday, February 24, 2024

Sərnişin və yükdaşıma fəaliyyəti ilə məşğul olan şəxslər ƏDV ödəməlidirlərmi?

Mən fərdi sahibkar kimi yükdaşıma xidməti göstərirəm və “fərqlənmə nişanı” alıram. Dövriyyəm 200 min manatdan artıq olub. Bu halda ƏDV ödəyicisi kimi qeydiyyata düşməliyəmmi?

Dövlət Vergi Xidmətindən bildirilib ki, dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş verginin ödəyicisi olan şəxslərin dairəsi Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən, Vergi Məcəlləsinin 218.1-ci maddəsinin müddəalarından asılı olmayaraq bu Məcəllənin 156-cı maddəsinin müddəaları nəzərə alınmaqla, mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir.

Buna əsasən, Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslərin əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduğu halda həmin şəxslərin ƏDV məqsədləri üçün məcburi qeydiyyata alınmaq öhdəliyi yaranmır.

Əsas: Vergi Məcəlləsinin 155-ci və 218-ci maddələri

Son xəbərlər
Digər xəbərlər