26 C
Baku
Saturday, July 27, 2024

Şərurun ərazinin bir hissəsi Sədərəyə verilir

Naxçıvan Muxtar Respublikasının Şərur və Sədərək rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Milli Məclisdə 23 fevralda müzakirə aparılacaq.

Qanun layihəsində deyilir ki,

1. Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilsin.

2. Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilsin.

3. Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4 444 ha torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq Sədərək rayonunun inzibati ərazisinə birləşdirilsin.

Xatırladaq ki, Şərur rayonunun ərazisi 870 km², Sədərək rayonunun ərazisi isə 160 km² sahəyə malikdir.

Son xəbərlər
Digər xəbərlər