Səudiyyə Ərəbistan zəvvarlar üçün elektron viza verəcək

0

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi yaxın gələcəkdə zəvvarlara elektron vizalar verməyə başlayacaq.

Viza üçün ərizə elektron qaydada veriləcək, məsələnin həlli bir neçə dəqiqə vaxt aparacaq.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

“Hazırda Həcc və ya Ümrə ziyarətinə gələn zəvvarlar vətənlərindəki vasitəçi şirkətlərə üz tutmağa məcburdurlar. Bundan sonra isə kvota çərçivəsində elektron viza ala biləcəklər”, – sözügedən layihənin əlaqələndiricisi Əbdül Rəhman Şəms bildirib.

Qeyd edək ki, bu il avqustun 9-14-də həyata keçiriləcək Həcc ziyarəti üçün ərizələr artıq bir çox ölkələrdə qəbul edilib.