26 C
Baku
Saturday, July 13, 2024

Səudiyyə Ərəbistanı 35 milyard dollarlıq “Boeing” təyyarələri almağı düşünür

Səudiyyə Ərəbistanı yeni dövlət aviaşirkəti üçün 35 milyard dollarlıq kommersiya məqsədli “Boeing” təyyarələri almağı düşünür.

Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Mənbələr bildiriblər ki, təyyarələrin alınması üzrə sövdələşmə artıq bağlanmağa yaxındır.

Müqavilənin məbləği 35 milyard dollara çata bilər.Alınmanın rəsmi olaraq martın 12-də açıqlanacağı güman edilir.

Eyni zamanda, “Airbus” da müqaviləyə iddialıdır, ona görə də müqavilə son anda dəyişə bilər.

Son xəbərlər
Digər xəbərlər