27 C
Baku
Saturday, July 27, 2024

Səudiyyə Ərəbistanı Asiya üçün neft qiymətlərini artırıb

Səudiyyə Ərəbistanının “Saudi Aramco” milli neft-qaz şirkəti Asiya üçün demək olar bütün neft markalarının iyul ixracına dair qiymətini artırıb.

Bu barədə “Bloomberg” agentliyi yazır.

Bildirilir ki, “Arab Light” markalı neftin bir barelinə olan qiyməti 20 sent artırılıb. Bununla da, sözügedən neft üzrə bonus 1,9 dollar təşkil edəcək.

Bundan başqa, Asiya ölkələri üçün digər neft markalarının qiyməti 10-50 sent civarında artırılıb. Yeganə ucuzlaşma “Arab Heavy” markalı neftdə qeydə alınıb – 10 sent.

Xatırladaq ki, “Saudi Aramco” neft istehsalı və ehtiyatına görə dünyanın ən böyük şirkətidir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər