9 C
Baku
Friday, March 1, 2024

Səudiyyə Ərəbistanı Çində neft emalı zavodu tikəcək

Səudiyyə Ərəbistanının Milli Neft Şirkəti “Saudi Aramco” Çində böyük neft emalı zavodu və neft-kimya kompleksi inşa edəcək.

Bu barədə şirkətin saytında məlumat verilib.

Zavodun istehsal gücü sutkada 300 min barel olacaq ki, bunun da 210 mini “Saudi Aramco” şirkəti tərəfindən təmin ediləcək.

Neft-kimya kompleksi ildə 1.65 milyon tona qədər etilen və 2 milyon tona qədər paraksilol istehsal edə biləcək.

Panjin şəhərində (Liaonin əyaləti, Şimal-Şərqi Çin) obyektlərin tikintisinə bu ilin ikinci rübündə başlanılacaq.

Zavodun 2026-cı ilə qədər istifadəyə veriləcəyi gözlənilir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər