6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Səudiyyə Ərəbistanı həcc ziyarətinə girişi müvəqqəti olaraq dayandırdı

Səudiyyə Ərəbistanı səlahiyyətliləri, COVID-2019 koronavirus infeksiyasının yayılması ilə əlaqədar olaraq həcc ziyarətinə girişi müvəqqəti olaraq dayandırmaq qərarına gəliblər.

Banker.az bu barədə xarici mətbuata istinadən xəbər verir.

Müvafiq açıqlama Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yayımlanıb.

Bundan əlavə, Səudiyyə Ərəbistanı “yeni koronavirusun yayılmasının təhlükəli olduğu ölkələrdən gələnlər üçün krallığın səlahiyyətli səhiyyə orqanları tərəfindən təyin edilmiş meyarlara uyğun olaraq” turist vizası ilə girişi dayandırır.

Daha əvvəl Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun Çinin hüdudlarından kənarda yayılmasının, epidemiyanın qarşısının alınmasını çətinləşdirdiyini bildirmişdir.

Son xəbərlər
Oxşar xəbərlər