26 C
Baku
Saturday, July 27, 2024

Səudiyyə Ərəbistanı kralı xəstəxanaya yerləşdirilib

Səudiyyə Ərəbistanı Kralı Salman ben Adbel Əiz əl-Səud tibbi müayinə üçün xəstəxanaya yerləşdirilib.

TASS xəbər verir ki, bu barədə Səudiyyə mətbuatı bildirib.

Agentliyin məlumatına görə, krala öd kisəsi iltihabı diaqnoz qoyulub. Salman ben Adbel Əiz əl-Səudun 84 yaşı var.

Xatırladaq ki, o, qardaşı Abdullanın ölümündən sonra kral olub.

Ötən il KİV kralın insult və onurğasında ağır əməliyyatı keçirdiyini xəbər verib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər