5 C
Baku
Wednesday, February 21, 2024

Səudiyyə Ərəbistanı neft qiymətləri ciddi aşağı salmağı planlaşdırır

OPEK+ ölkələrinin neft hasilatının azaldılmasına dair  razılaşması gözlənilmədən davamını alıb.

Banker.az xəbər veerir ki, bu barədə “Finanz” Agentliyi yazır.

“Komandanın” əsas “oyunçusu” olan Səudiyyə Ərəbistanı, təchizatı gündə 0,5 milyon barelə qədər azaltmaq və əsas ixrac bazarında, yəni,  Asiyada neftin qiymətlərini aşağı salmaq qərarını verdi.

Belə ki, yanvardan başlayaraq, SƏ – nın nefti Asiya bazarlarında $ 1 – 2 arası ucuzlaşacaq. Səudiyyə Ərəbistanın ən məşhur neft markası olan Arab Light isə  dekabr ilə müqayisədə $1 ucuzlaşacaq.

Bundan əlavə, SƏ markanı Oman/Dubai bençmarkasına 60 sentlik mükafat ilə satmaq niyyətindədir, Saudi Aramco şirkətinin neft qiymətlərinə istinadən bildirilir.

Həmçinin, bəzi neft sortlarının digər sortlara nisbətən daha çox ucuzlaşması dəqiqləşdirilir: Arab Super Light $1,5, Extra Light isə $2 ucuzlaşacaq.

Asiyada neft ticarəti ilə məşğul olan Platts şirkəti qeyd edir ki, bu yol ilə Səudiyyə Ərəbistanı öz bazarına  ABŞ-dan gələn neft axını dayandırmağa çalışır.

Analoji şirkətlərdən biri olan Saudi Aramco isə hesab edir ki, digər neft ixrac edən və OPEC -in üzvü olan dövlətlər də Səudiyyə Ərəbistanından nümunə götürərək eyni şəkildə hərəkət edəcəklər.

Son xəbərlər
Digər xəbərlər