Səudiyyə Ərəbistanı neft qiymətlərini düşmədən qorumağa çalışır

0

Səudiyyə Ərəbistanı neft istehsalını müəyyən edilmiş kvotadan da aşağı salaraq, digər OPEC üzvlərini buna təkid edir.

Banker.az bildirir ki, bu haqda rəsmi şəxslərə – krallığın və kartelin nümayəndələrinə “The Wall Street Journal” (WSJ) xəbər verib. Qlobal iqtisadiyyatda baş verən yavaşama nəticəsində neftə olan tələbatın zəifləməsi qiymətlərin aşağı düşməsinə səbəb olur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Səudiyyə Ərəbistanının rəsmilərinin sözlərinə görə, may ayında ölkə gündəlik neft istehsalını təxminən 150 min barel azaldaraq 9,65 milyon barel qiymətinə çatıb. Kəskin azalma iyunda da müşahidə olunub, OPEC nümayəndələrinə istinadən WSJ bildirir. Qeyd etmək lazımdır ki, ötən illərdə yay aylarında qiymətlər daha yüksək olub, bunun əsas səbəbi isə elektrik enerjiyə olan tələbatın artmasıdır. Ölkə enerji effektivliyini yaxşılaşdırır, daxili bazarda istehlak azalır.