18 C
Baku
Wednesday, May 8, 2024

Səudiyyə Ərəbistanı nefti kəskin bahalaşma ehtimalından “xilas edir”

Səudiyyə Ərəbistanının “Saudi Aramco” dövlət neft şirkəti istirahət günlərində müəssisələrində törədilən hücumlar nəticəsində yaranan fasilələrdən sonra neft tədarükünü bərpa etdiklərini açıqlayıb.

“Reuters” xəbər verir ki, bu barədə Neft Tədarükü Planlaşdırması Mərkəzinin (Oil Supply Planning ənd Scheduling, OSPAS) bildirişində göstərilib. 

Mənbələrin bildirdiyinə görə, neftin tankerlərə vurulması da normal şəkildə gedir.

Xatırladaq ki, dünyanın ən iri neft istehsalçısı və ixracatçısı olan Səudiyyə Ərəbistanının neft obyektlərində şənbə günü törədilmiş hücumlardan sonra hökumət 9,8 milyon barellik gündəlik hasilat həcmini 5,7 milyon barelədək azaltdıqlarını açıqlayıb.

“Saudi Aramcı” şirkətinin müəssisələrinə dron hücumunun məsuliyyətini Yəməndəki Husi üsyançıları üzərlərinə götürsələr də, ABŞ-ın dövlət katibi Maykl Pompeo bununla bağlı İran hökumətini ittiham edib. İran XİN-i isə M.Pompeonun bəyanatının yalan olduğunu açıqlayıb.

“Onyx Commodities” şirkətinin baş direktoru Qreq Nyuman “Reuters” agentliyinə açıqlamasında bildirmişdi ki, Səudiyyə Ərəbistanı xammal tədarükünü tez bir zamanda bərpa etməsə, neftin qiyməti bir barrel üçün 100 dollara qədər arta bilər.

Qeyd edək ki, dünyanın neft üzrə ən böyük ixracatçısı və ikinci ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanı 14 sentyabr gecəsi neft qurğularına dronların hücumundan sonra hasilatı iki dəfə azaltmaq (gündə 5,7 milyon barel) məcburiyyətində qalmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər