25 C
Baku
Saturday, July 27, 2024

Səudiyyə Ərəbistanı qapılarını xarici investorlara açır: maraqlanan 2 şirkət var

Səudiyyə Ərəbistanı qeyri-rezidentlərə birjada tədavül edən şirkətlərin səhmlərində strateji ortaq olmağı mümkün edən plan üzərində çalışdığını bildirib.

“Bloomberg” agentliyinə istinadən, Səudiyyə Ərəbistanının kapital bazarlarının idarə edilməsi qurumu (CMA) və Baş İnvestisiya İdarəsi (SAGİA) qeyri-rezidentlərə birjada olan şirkətlərdə 10% və ya daha çox olmaq üçün, həmçinin səsvermə haqqı təqdim edən strukturun yaradılması barədə memorandum imzalayıb. Bu qaydaların qanunla qadağan edilən sektorlara şamil edilməyəcəyi bildirilib.

Qeyd edək ki, yeni qaydalar Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco”nun da səhmlərinə aid ediləcək. Qaydaların ümummilli islahatlar çərçivəsində aparıldığı deyilir.

Xatırladaq ki, Səudiyyə Ərəbistanının fond birjası indeksi “Tədavül”ün bazar kapitalizasiyası 440 mlrd. dollar olmaqla ərəb ölkələri arasında ən dəyərli birja sayılır.

“Saudi Aramco”nun 5%-dən çox hissəsi satıla bilər

Səudiyyə Ərəbistanı xarici investorlara “Saudi Aramco”nun 5%-dən çox hissəsini təklif edə bilər.

Report xəbər verir ki, bu barədə açıqlamanı Səudiyyə Ərəbistanının şahzadəsi Əl-Valid ibn Təlal CNBC telekanalına verib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bu günə qədər şirkətin 5% səhmlərini satacağını bildirmişdi. Oktyabrın 15-də “Financial Times”da çıxan məqalədə bildirilib ki, “Saudi Aramco” öz planlarını dəyişə bilər. Buna səbəb kimi səudiyyəli nümayəndələrin bir neçə xarici institutsional investorlarla görüşdüyü qeyd olunub. Bunların əksəriyyəti xarici investisiya fondlarıdır.

Xatırladaq ki, bu xəbərdən bir qədər sonra Çinin “PetroChina” və Sinopec” şirkətlərinin “Saudi Aramco”nun 5%-ə qədər səhmlərini almaq istədikləri məlum olub.

Son xəbərlər
Digər xəbərlər