Səudiyyə Ərəbistanı Türkiyəyə iqtisadi təzyiqini artırdı

0

Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı siyasi əlaqələrdə olan gərginlik, indi ikitərəfli iqtisadi əlaqələrdə özünü göstərir.

Məsələn, bu yaxınlarda Ər-Riyadın Ticarət-sənaye palatası ölkə sakinlərini Türkiyəyə sərmayə qoymamağa çağırıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Banker.az xəbər verir ki, Türkiyədə biznesin aparılması təhlükəsi və qeyri-sabit iş mühiti barədə bazar günü palatanın sədri Ajlan Ajlan məlumat verib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı investorları “onların aktivləri Türkiyədə təhlükə altında” olduğunu və yerli hakimiyyət orqanlarının onları qorumaq üçün demək olar ki, heç bir tədbir görmədiyini etiraf edirlər.

Bundan əlavə, ölkənin iş adamları “oradakı nüfuzlu şəxslərdən” gələn təzyiqlərdən şikayətlənir, turistlər isə “ayrı-seçkilik və fırıldaqçılıq” hadisələrinin artması ilə üzləşirlər, Ajlan əlavə edir.

May ayının əvvəlində Ər-Riyadın qubernatoru olan şahzadə Faisal bin Bandar, “Kurukahveci Mehmet Efendi” Türkiyə şirkətinin istehsal etdiyi qəhvəni içməkdən imtina edib. Bu hadisənin video görüntüləri İnternetdə sızmışdır.

Videonu kral ailəsi, şahzadə Abdal ben Sultan Əl Saud yayıb. Qeyd edək ki, şahzadə əhalini əvvəllər dəfələrlə türk mallarına qarşı etiraz etməyə çağırıb.

Ankara ilə Səudiyyə arasındakı münasibətlərdə pisləşmə, ərəb mənşəli olan jurnalist Jamal Khashoggi-nin İstanbulda öldürülməsi hadisəsindən sonra başlayıb.

Başlanğıcda tac şahzadəsi böhranı aradan qaldırmağa çalışıb: o, Ərdoğana zəng etdikdən sonra, onunla görüş təşkil edib. Lakin Türkiyə kral Salmanın şahzadəni hakimiyyətdən uzaqlaşdıracağını düşünərək, bütün bunlara heç bir reaksiya verməyib. Beləliklə, Səudiyyə Ərəbistanı Türkiyəyə müharibə elan edib.

Səudiyyə Ərəbistanı Türkiyənin tikinti sektoruna zərbə endirməyə qərara alaraq, Türkiyədə daha çox daşınmaz əmlak alan xarici vətəndaşların siyahısını tutub. Nəticədə,  ölkənin tikinti sahəsində satışların ümumi həcmi 37% aşağı düşərək, yerli daşınmaz əmlak bazarını dərin depressiyaya salmış olub.

Səudiyyə Ərəbistanının məşhur bloqeri Naif Madkhali bu məsələyə şərh verib:

“Dostlar, bu mövzu turizm və əyləncə mövzusundan daha genişdir. Mən vətənimə dəstək olmalıyam. Türkiyəyə yox, başqa hər hansısa ölkəyə getmək daha yaxşıdır”.

Bir neçə ay Türkiyə Səudiyyə jurnalistinin öldürülməsi ilə bağlı beynəlxalq araşdırma aparmaqda israr edib. Khashoggi-nin qalıqları (elektrik mişar ilə parçalanmışdır) hələ də tapılmayıb.

“Türkiyə və Səudiyyə arasındakı böhran, kifayət qədər ciddi bir məsələdir. Hazırkı vəziyyətdə Türkiyə daha zəif mövqedədir. Belə ki, İran körfəzi ərazisində Səudiyyə Ərəbistanı aparıcı güclərdən biridir. Türkiyə Səudiyyə Ərəbistanının pullarını itirməkdən qorxduğuna görə, Khashoggi-nin işində öz ritorikasını yumşaldıb”, – deyə Türkiyənin “Middle East Institute” departamentinin direktoru Gonul Tol qeyd edir.

Mütəxəssislərin fikrincə, siyasət biznesə mane olmalı deyil. Son məlumatlara əsasən, Türkiyənin Səudiyyə Ərəbistanına ixracatı, dekabr ayından fevral ayına kimi ötən ilin analoji dövrü ilə müqayisədə 16% artıb.