16 C
Baku
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Səudiyyə Ərəbistanı Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar maliyyə yardımı edəcək

faizlere

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud koronavirusla mübarizə aparmaq məqsədilə Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) 10 milyon dollar ayrılması barədə sərəncam imzalayıb.

Bu barədə ölkənin SPA rəsmi informasiya agentliyi məlumat yayıb.

Qeyd olunub ki, ÜST-ə maliyyə yardımımın ayrılması qərarı virusun yayılmasının qarşısının alınması ilə əlaqədar təşkilatın dövlətlərə müraciətindən sonra qəbul edilib. Səudiyyə Ərəbistanı Kralının humanitar məsələlər üzrə müşaviri Abdulla bin Əbdüləziz əl-Rabiyah bildirib ki, Ər-Riyad təhlükəli virusla mübarizədə ÜST və digər beynəlxalq təşkilatlara dəstəyini davam etdirəcək.

Səudiyyə Ərəbistanı artıq Körfəz ölkələri, İtaliya və Cənubi Koreyaya qarşılıqlı səfərləri dayandırıb.

©Azərtac

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər