17 C
Baku
Friday, April 19, 2024

Səudiyyə Ərəbistanın yeni energetika naziri bazara necə təsir göstərəcək?

Səudiyyə Ərəbistanının energetika nazirinin dəyişməsi neft bazarına təsir göstərib. Ölkənin strategiyası necə dəyişəcək və niyə bazar çox yüksək gözləntilərə sahib ola bilər?

Banker.az xəbər verir ki, Səudiyyə Ərəbistanından gələn xəbər neftin qiymətinə təsir göstərib. Bazar neft hasilatının azalacağını və dünya enerji qiymətlərinin artacağını gözləyir.

Şahzadə Əbdül Əziz on ildən çoxdur ki, neft nazirinin müavini vəzifəsində çalışır.  O, şahzadə Məhəmməd bin Salmanın dayısı oğludur, onlar arasında kifayət qədər böyük yaş fərqi var. Şahzadə Əbdül Əzizin nazirlikdə işlədiyi müddətdə əldə etdiyi təcrübə, onun rəhbər vəzifəsinə hazırlıq mərhələsi idi. Bu haqda Bloomberg yazır.

yazlrO, Səudiyyə Ərəbistanının OPEC təşkilatındakı nümayəndə heyətininin üzvlərindən biridir. Şahzadə çalışqanlığı və təşkilatın üzvləri arasında yaranan mübahisələri həll etmək bacarığı ilə fərqlənir. 1990-cı ildə Fars körfəzi ərazisində baş verən müharibə zamanı neft sənayesinin idarə edilməsində böyük rol oynayıb.

Yeni nazir üçün əsas prioritet, ehtimal ki, dövlət xərclərini qarşılamaq üçün neftin qiymətinin 25 dollar artması olacaq. Neft qiymətlərinin artması, “Saudi Aramco” nun daha yüksək qiymətləndirilməsinə kömək edəcəkdir.

“Siyasi baxımından, əhəmiyyətli dəyişikliklər gözləmirik, – First Abu Dhabi Bank PJSC-un portfel meneceri qeyd edir. – Yeni nazir danışıqlara yeni taktikalar gətirə bilər, lakin Krallığın neft qiymətlərinə nəzarət etmək istəyi bizim üçün yeni xəbər deyil”.

Bu təyinat hazırkı vəziyyətə necə təsir göstərəcək

Şahzadə Əbdül Əzizin nazir vəzifəsinə təyin olunması ilə, neft siyasəti tam olaraq kral ailəsinin əlində cəmləşəcək.

Energetika nazirinin edə biləcəyi ən böyük səhv, onun neft kotirovkalarını əldə saxlaya bilməməsidir. Xatırladaq ki, Brent markalı neftin qiyməti 60 dollar səviyyəsindədir və bu, büdcəni maliyyələşdirmək üçün kifayət etmir. Bunun üçün neftin qiyməti minimum 80 dollar olmalıdır.

Səudiyyə Ərəbistanının fəaliyyət planı

Analitiklər arasında fikir ayrılığı yaranıb: onlardan bir qismi elə hesab edir ki, OPEC+ neft hasilatını azaltmalı, digər qismi isə bu variantı dəstəkləmir. Çox güman ki, Səudiyyə Ərəbistanı neft siyasətində ciddi dəyişikliklər etməyəcəkdir, çünki neft hasilatının əhəmiyyətli dərəcədə azalması qiymətlərə təsir göstərə bilər. Eyni zamanda ABŞ-da şist neftin istehsal həcminin artması, digər OPEC+ ölkələrinin neft hasilatının artırılmasını istəməsi təhlükəsi vardır.

Sanford C. Bernstein analitiklərinə görə, 2020-ci ilə qədər OPEC neft istehsalını gündə 1 milyon barelə qədər azaltmalıdır. Burada əsas məqsəd qiymətləri 60 dollar səviyyəsində saxlamaqdır.

Son xəbərlər
Digər xəbərlər