6 C
Baku
Çərşənbə axşamı, Yanvar 25, 2022

Səudiyyə Ərəbistanında ƏDV ödəyicilərini müəyyənləşdirmək üçün ‘app’ yaratdı

Səudiyyə Ərəbistanının Vergi Agentliyi vergi ödəyicilərinə biznes tərəfdaşlığı etdikləri şəxslərin yeni əlavə dəyər vergisi (ƏDV) üzrə qeydiyyata alınıb-alınmadıqlarını dəqiqləşdirməyə imkan yaradan xüsusi mobil proqram təminatını istifadəyə verib.

Həm “Apple” əlavələri mağazasından, həm də “Google market” dən əldə edilməsi mümkün olan bu mobil proqram ayrı-ayrı şəxslərə və müəssisələrə ƏDV üçün qeydiyyata alınmış müəssisələrlə əməkdaşlıq etməyə kömək üçün yaradılıb.

Bu xidmətdən istifadə üçün vergi ödəyiciləri ƏDV qeydiyyatı şəhadətnaməsindəki ştrix-kodu skan edə və ya hesab-fakturada göstərilmiş 15 rəqəmli ƏDV identifikasiya nömrəsini proqrama daxil edə bilərlər. Proqram təminatına hesab üzrə əmələ gəlmiş ƏDV-nin məbləğini düzgün hesablamaqda vergi ödəyicilərinə kömək etmək üçün kalkulyator funksiyası da daxil olunub.

Son xəbərlər
Oxşar xəbərlər