23 C
Baku
Friday, September 30, 2022

Səudiyyə Ərəbistanında Çin şirkətinin müəssisəsi açılıb

Səudiyyə Ərəbistanının Cizan şəhərində Çinin “Pan Asia Petrochemicals” şirkətinin qablaşdırma və toxuculuq sənayesində istifadə edilən materialların istehsalı ilə məşğul olan müəssisəsinin açılışı olub.

Banker.az Azərtac-a istinadən xəbər verir ki, investisiya layihəsi 3,9 milyard Səudiyyə rialı məbləğində dəyərləndirilir. Layihə ölkə vətəndaşları üçün çoxsaylı iş yerlərinin yaradılması və Cizan limanlarının unikal coğrafi mövqeyindən istifadə etməklə Afrika və Avropa bazarlarına ixracın təmin olunması məqsədi daşıyır.

Krallığın energetika, sənaye və mineral ehtiyatlar nazirinin müavini Əbdüləziz əl-Abdal-Kərim zavodun açılış mərasimindəki çıxışında kral Salman bin Əbdüləziz Al Səud və vəliəhd şahzadə Məhəmməd bin Salman başda olmaqla hökumətin sənaye sektorunun inkişafında maraqlı olduğunu bildirib. O, həm yerli, həm də dost ölkələrdən olan investorlar üçün daha yaxşı xidmətin və stimulun yaradılmasında hökumətin səylərini də qeyd edib. Nazir müavini Çin Xalq Respublikası ilə strateji əməkdaşlığın artırılmasının əhəmiyyətini vurğulayıb.

Son xəbərlər
Oxşar xəbərlər