29 C
Baku
Thursday, June 30, 2022

Səudiyyə Ərəbistanındakı hadisələr ABŞ iqtisadiyyatına necə təsir edəcək?

Səudiyyə Ərəbistanındakı neft obyektlərinə edilən hücum, neftin qiymətinin kəskin şəkildə yüksəlməsinə səbəb olub, bu isə ABŞ iqtisadiyyatına mənfi təsir göstərə bilər.

Banker.az xəbər verir ki, ABŞ-da benzinin qiyməti neftin qiyməti ilə korrelyasiya olunur. Neft emalı zavodlarına edilən hücumdan sonra neftin qiymət artdığından benzin də bahalaşa bilər.

ql

“Qlobal neft bazarındakı azalma və dünya neft qiymətlərinin artması nəticəsində ABŞ-da xam neft və nəqliyyat yanacağının qiymətinin artmasına səbəb olacaq”, – deyə ABŞ-ın energetika naziri bildirib.

Sentyabrın 9-da ABŞ-dakı yanacaqdoldurma məntəqələrində benzinin satış qiyməti bir qallon üçün 2,55 dollar, sentyabrın 23-də isə artıq 2,65 dollar təşkil edib.

snSon illərdə ABŞ Səudiyyə Ərəbistanından neft idxalını əhəmiyyətli dərəcədə azaltsa da, dünya neft qiymətlərindən olan asılılığı nəzərə almamaq mümkün deyil.

Prezident Donald Tramp dəfələrlə ABŞ-ın Yaxın Şərq neftinə ehtiyacı olmadığını bildirib.

ABŞ üçün xoş xəbər: benzin qiymətlərinə təsir qısamüddətli olacaqdır. Hər şey Səudiyyə Ərəbistanının  istehsalını nə qədər tez bərpa edə biləcəyindən asılıdır.

Ekspertlərin fikrincə bu proses aylarla davam edə bilər.

ABŞ-da benzinin qiymətləri dəyişkəndir və iqtisadiyyatın müxtəlif sahələrinə təsir göstərir. Məsələ orasındadır ki, yanacağın qiyməti həm biznesə, həm də istehlakçıya təsir göstərir, çünki logistika xərclərinin artmasına və digər bir çox amillərə təsir göstərir.

Bundan əlavə, neft qiymətlərinin qalxması inflyasiyaya təzyiqi artırır.

 

Son xəbərlər
Oxşar xəbərlər