25 C
Baku
Tuesday, July 16, 2024

Səudiyyə Ərəbistanının energetika naziri: “OPEC+” qərarlarını siyasiləşdirmir

“OPEC+” razılaşmasında (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) iştirak edən ölkələr neft bazarındakı vəziyyəti yalnız bazar məlumatları əsasında təhlil edərək, siyasi məsələləri təhlil çərçivəsindən kənarda qoyur.

Bu barədə Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman Əl Səud bildirib.

“Biz “OPEC+” qərarlarını siyasiləşdirmirik və siyasi məsələləri təhlilimizdən və bazar gözləntilərimizdən kənarda saxlamırıq, biz yalnız bazar əsaslarına diqqət yetiririk ki, bu da vəziyyəti daha obyektiv və aydın qiymətləndirməyə imkan verir və bu da öz növbəsində bizə olan etibarı artırır”, – nazir qeyd edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər