17 C
Baku
Saturday, April 13, 2024

Səudiyyə Ərəbistanının klubu Ronaldonun formasından rekord qazanc əldə edib

Portuqaliyalı superulduz Kriştiano Ronaldonun “Əl-Nəsr”ə keçidi Səudiyyə Ərəbistanının klubuna böyük pul və populyarlıq gətirib.

2.5 illik müqaviləyə imza atan 37 yaşlı futbolçunun gəlişindən sonra ərəb komandası forma satışından 22 milyon 638 min dollar qazanıb.

Portuqaliya millisinin kapitanının transferi ilə “Əl-Nəsr”in instaqram səhifəsində izləyicilərinin də sayı 9 milyon artaraq, 10 milyon 200 minə çatıb. Ronaldo hələlik yeni klubunda ilə debüt etməsə də, komandanın Səudiyyə Ərəbistanı birjasındakı səhmlərinin dəyəri artmaqda davam edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər