18 C
Baku
Thursday, May 23, 2024

Səudiyyə Ərəbistanı 12 mlrd. dollarlıq istiqraz buraxıb

Səudiyyə Ərəbistanında dövlət borclarının və hökumətin daxili və xarici borcunun tənzimlənməsindən məsul olan Milli Borc İdarəetmə Mərkəzindən verilən açıqlamaya görə, ölkə 2024-cü ildə ümumi məbləği 12 milyard dollar olan ilk beynəlxalq dollar istiqrazlarının buraxılışını tamamlayıb.

İstiqrazlar müxtəlif ödəmə müddətləri ilə üç tranşda yerləşdirilib: 6, 10 və 30 il. 2030-cu ildə ödəmə müddəti başa çatan altı illik istiqrazlar üçün birinci tranşın dəyəri 3.25 milyard dollar, ödəmə müddəti 2034-cü ildə başa çatan on illik istiqrazlar üçün ikinci tranşın dəyəri 4 milyard dollar, ödəmə müddəti 2054-cü ildə başa çatan otuz illik istiqrazlar üçün üçüncü tranşın dəyəri isə 4.75 milyard dollar təşkil edir.

Milli Borc İdarəetmə Mərkəzinin bəyanatında qeyd edildiyi kimi, Səudiyyə Ərəbistanının dollar istiqrazları üzrə sifariş kitabçasındakı ümumi məbləğ 30 milyard dollara çatır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər