22 C
Baku
Monday, May 27, 2024

Səudiyyə Ərəbistanı BRICS-ə qoşulmağı nəzərdən keçirir

Səudiyyə Ərəbistanı hələ də BRICS-ə qoşulmaq üçün dəvəti nəzərdən keçirir, Banker.az xəbər verir ki, bu barədə “Reuters” yazıb.

Agentliyin həmsöhbətlərindən birinin aydınlaşdırdığı kimi, bloka qoşulmaq böyük üstünlüklər verir, çünki onun üzvləri – Çin və Hindistan krallığın ən böyük ticarət tərəfdaşlarıdır. “Səudiyyə Ərəbistanı faydaları qiymətləndirir və sonra qərar verəcək, proses gedir”, – mənbə bildirib.

“Reuters” agentliyinin məlumatına görə, Ər-Riyad ABŞ, Çin və Rusiya arasında artan geosiyasi gərginlik, habelə krallığın artıq Vaşinqtonda narahatlıq doğuran “Pekinlə əlaqələrinin istiləşməsi” fonunda öz variantlarını nəzərdən keçirir.

2023-cü ilin avqustunda keçirilən 15-ci sammitdə BRICS ölkələrinin başçıları 2024-cü il yanvarın 1-də təşkilata qoşulacaq dövlətlərin siyahısını razılaşdırıblar. Siyahıya Argentina, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və BƏƏ daxildir. Yanvarın 2-də ərəb dövlət televiziyası Səudiyyə Ərəbistanının BRICS-ə qoşulduğunu bildirsə də, yanvarın 16-da krallığın səlahiyyətliləri bunu təkzib edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər