Səudiyyə Ərəbistanının suveren fondu “Tesla” şirkətinin demək olar ki, bütün səhmlərini keçən ilin sonlarında – qiymət artımından əvvəl satıb. Bununla da treyderlər təqribən 8 milyard dollar itiriblər.
Banker.az xəbər verir ki, bu haqda çərşənbə axşamı günü dərc edilmiş hesabatlara istinadən CNBC məlumat verib.
2019-cu ilin üçüncü rübündə Səudiyyə fonduna 8,2 milyon səhm məxsus idi, bu haqda ABŞ-ın qiymətli kağızlar və birjalar Komissiyasının məlumatlarına istinadən CNBC xəbər verib. Bu gün səhm paketinin 99,5%-ni satan fondun əlində cəmi 39 000 səhm qalıb.
Xatırladaq ki, “Tesla” səhmləri ilin əvvəlindən bəri 112% artıb. “Tesla” nın təsisçisi İlon Mask və SEC arasındakı qalmaqaldan sonra Səudiyyə fondu potensial riskləri azaltmaq məqsədilə payının böyük hissəsini sığortaladı. Belə ki, keçən ilin avqust ayında İlon Mask “Twitter” hesabında “Tesla” nı özəl şirkətə çevirmək istəyini bildirərək, birjadan kifayət qədər vəsait cəlb edə bilmişdir. SEC sahibkarı “yanlış məlumatlar verməkdə” günahlandıraraq, 20 milyon dollar kompensasiya almağa və milyarderin şirkətin direktorlar şurasının sədri vəzifəsindən getməsinə müvəffəq ola bilmişdir.