26 C
Baku
Monday, June 27, 2022

Səudiyyə şahzadəsi 80 şahini üçün təyyarə bileti alıb

Banker.az Mashable nəşrinə istinadən xəbər verir ki, Səudiyyə şahzadəsi 80 şahini üçün təyyarə bileti alıb və onları özü ilə təyyarənin göyərtəsində aparıb. Şahinlərin təyyarədə adi sərnişinlər kimi səfər etməsinin şəkilini sosial şəbəkələrdən birinin istifadəçisi paylaşıb.

Şəkili isə təyyarə heyətinin komandiri çəkib. Şəkli paylaşan şəxs iddia edir ki, ov şahinləri üçün biletləri şəhzadənin özü alıb.

Şahinlər ilk sırada oturacaqların əksəriyyətini məşğul edir. Onlar narahat olmasın deyə, gözləri bağlanılıb.

Digər sosial şəbəkə istifadəçiləri qeyd ediblər ki, bu Yaxın Şərq reyslərində rast gəlinən nadir hadisə deyil. Məsələn, Qatar Airways aviaşirkətinin saytı xəbərdarlıq edir ki, sərnişinlər “ekonom-klassda” özləri ilə 6 şahin apara bilərlər.

16 yanvar tarixində verilən məlumata görə, bıçaq və silahlarla silahlanmış pakistanlı kəndlilər öz şahinləri ilə dovdaq ovuna çıxmış Qətər şəhzadəsinə hücum edib. Hadisə nəticəsində şəhzadənin 3 cangüdəni xəsarət almışdı.

Son xəbərlər
Oxşar xəbərlər