28 C
Baku
Wednesday, July 24, 2024

Səudiyyədən neft bazarına yeni həmlə – qiymət böyük fərqlə düşür

Səudiyyə Ərəbistanı Avropaya neftin bir barelini 25 dollara satmağa hazır olduğunu bildirib.

Banker.az xəbər verir ki, bu haqda “Bloomberg” məlumat verib. Qeyd edək ki, Rusiyadan neft tədarük edən Avropa ölkələri üçün bu kifayət qədər sərfəli təklifdir. Belə ki, Rusiyanın “Urals” markalı neftinin qiyməti qat-qat yüksəkdir.

Agentliyin verdiyi məlumata görə, Səudiyyə ərəbistanı Rotterdama “Arab Light” neftini satmağı planlaşdırır. “Saudi Aramco” bu təklifini Avropanın “Dutch Shell”, “BP”, “Total”, “OMV”, “Repsol” və “Cepsa” şirkətlərinə göndərib.

“Eenergy Aspect” konsaltinq şirkətinin analitiki Amrit Sen hesab edir ki, bu qiymət o qədər aşağıdır ki, nəticədə “Arab Light” nefti Rusiyanın “Urals” neftini sıxışdıracaq.

Xatırladaq ki, ötən həftə OPEC üzvləri ilə Rusiyanın razılığa gələ bilməməsi səbəbiylə neftin qiyməti 30% düşmüşdür. Səudiyyə Ərəbistanı neftinin qiymətini aşağı salaraq, Rusiyaya qarşı qiymət müharibəsinə başladı.

Son xəbərlər
Digər xəbərlər