Bu il səyahət etmək istədiyiniz ölkə bu siyahıda ola bilər

0

2019-cu ildə Top-10 turistik istiqamətlər

Dünya səyahətinə həsr olunmuş Lonely Planet portalının ekspertləri, 2019-cu ildə ən yaxşı turizm istiqamətlərinin siyahısını nümayiş etdirib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bu reytinq, turizm sahəsindəki tədqiqatçıların və mütəxəssislərin təklif və şərhlərinə əsaslanır.

Aşağıda, Lonely Planet-in hansı şəhərlərə səfər etməyi təklif etdiyi haqqında daha çox məlumat verəcəyik.

  1. Meknes, Mərakeş

Meknes – Mərakeşin dörd imperiya şəhərlərindən biridir, Ümumdünya irsinin abidəsidir. Meknesin əsas görkəmli yerləri İsmayıl ibn Şərif hakimiyyəti dövründə tikilmişdi.

Onlar sırasına şəhərin dörd qülləli divarı da daxildir.

Çarın Rua tövləsi – dünyada ən böyük tövlələrdən biri olmaqla, 12000 atın yerləşdirilməsi üçün nəzərdə tutulmuşdu. Eyni zamanda, turistlər tərəfindən ən çox sevilən yerlərə şəhərin bağları da daxildir.

  1. Zadar, Xorvatiya

Zadar – Dalmasiyanın ən əhəmiyyətli tarix mərkəzlərindən biri və Zadar arxiyeparxiyasının kafedrasıdır.

Zadarın köhnə şəhəri, böyük mədəni-tarixi dəyərə malikdir.

Şəhərin yaxınlığında üç milli park yerləşir- Kornatı, Pakleniça və Severniy Valebit.

Zadar şəhərinin mədəni həyatının mərkəzi hadisələrindən biri, beynəlxalq musiqi festivalıdır.

  1. Sietl, ABŞ

Space Needle 1962-ci ildə keçirilmiş Ümumdünya sərgisi üçün tikilmişdi. Bu qüllə, sakit okean sahilinin şimali-qərb ərazisinin ən məşhur yerlərdən biri və Sietl şəhərinin simvoludur.

Qüllə Seattle Center sərgi kompleksinin ərazisində yerləşir. Burada bir sıra şəhər və mədəniyyət tədbirləri həyata keçirilir. Onlara Bumbershoot, Folklife və Bite of Seattle festivallarını aid etmək olar.

Seattle Center şəhərin həyatında böyük rol oynayır.

Sietlin digər görkəmli yerlərinə Pike Place Market, The Fremont Troll,  musiqi və elmi fantastika muzeyi və Mərkəzi kitabxana daxildir.

  1. Dakar, Seneqal

Dakar – Seneqalın paytaxtı və böyük dəniz limanıdır. Atlantik okeanının sahilində yerləşir.

Dakarın qərbində bir çox mağazalar və yerli sənətkarların iş yeri yerləşir.

Şəhərin sahilində qiymətli villalar, otellər və səfirliklərin nümayəndəlikləri yerləşir.  

Buradan beynəlxalq Paris-Dakar avto rallisi yerləşir.

  1. Mexiko, Meksika

Mexiko dünyanın ən böyük sıx məskunlaşmış şəhərlərindən biridir.

Burada həm ultramüasir göydələnlər, həm də qədim piramidalar vardır. Mexikoda 10 arxeoloji zonaya (şəhərin özündə və kənarında), 8 universitetə, bir neçə akademiyaya, 80-dan çox muzeyə, teatrlara, konsert zallarına və sərgilərə malikdir.

  1. Katmandu, Nepal

Katmandu – Nepalın paytaxtı olmaqla yanaşı, onun tarixi, iqtisadi, siyasi və mədəni mərkəzidir.

Şəhər 2000 illik tarixə malikdir. Şəhər sakinlərin həyatında dini və mədəni festivallar əhəmiyyətli yer tutur.

Burada Kral akademiyası, Milli kollec, Sanskrit kolleci, Tribuxanovun adına universitet və incəsənət assosiyasiyası yerləşir.

Eyni zamanda, Katmanduda Nepalın Milli muzeyi və bir sıra kitabxanalar yerləşir.

  1. Mayami, ABŞ

Mayami – Atlantik okeanın sahilində, Floridanın cənub-şərqində yerləşən şəhərdir.

Şəhərin cənub hissəsində yerləşən Miami Beach rayonu, turistlər tərəfindən ən çox sevilən yerlərdən biridir. Burada bir çox gecə klubları, tarixi binalar, çimərliklər və mağazalar yerləşir.

Hər il keçirilən Miami Masters, Art Basel, Winter Music Conference, South Beach Wine & Food Festival  və Mercedes-Benz Fashion Week Miami kimi tədbirlər, milyonlarla turist cəlb edirlər.

  1. Novi – Sad, Serbiya

Novi-Sad şəhəri Serbiyanın şimalında, Dunay çayının sahilində yerləşir.

Hər il burada “Ekzit” musiqi festivalı keçirilir. Festivala bütün Avropanın tamaşaçılar və iştirakçıları gəlirlər. Orta hesabla hər il bu festivalda 150 min nəfər iştirak edir.

Turistlərin diqqətini çəkən yerlərdən biri, Novi-Sad sərgi mərkəzidir. Şəhərin görkəmli yerlərinə Petrovardin qalası və Fruşka-Qora milli parkı daxildir.

  1. Şencen, Çin

Bu gün Şencen Çinin sürətlə inkişaf edən şəhərlərindən biridir. Bu şəhər, yeni texnologiyaların və biznes idarəçiliyin mədəniyyətinin cəlb olunmasında darvaza rolunu oynayır.

Hər il Şencendə 170-dən çox festival və yarmarkalar keçirilir. Onlar sırasına mədəniyyət və sənaye yarmarkası, turizm və mədəniyyət festivalı, musiqi festivalı, “Dünyaya pəncərə” pivə festivalı daxildir.

Şəhər bir çox görkəmli yerlərə malikdir.

  1. Kopenhagen, Danimarka

Kopenhagen – Danimarkanın paytaxtı və ən böyük şəhəridir. Şəhər Danimarkanın ölkənin mədəni, iqtisadi və hökumət mərkəzidir.

Paytaxtın əsas simvolu isə Su pərisi abidəsidir.

Kopenhagendə siz müasir memarlıq nümunələrini görə bilərsiniz. Burada tikilmiş “Yumru qala”, XVII əsr memarlığının parlaq nümunəsidir.

Şəhərdəki küçələr, parklar və kilsələr hər il minlərlə turist cəlb edirlər.