“Mətanət A” şirkəti Səyyar təchizatçı vakansiyanı elan edir
İşin təsviri:
 Şirkətin bütün struktur və bölmələrinin fasiləsiz təchizat təminatının həyata keçirilməsi;
 Tikinti materialları, mal-material, ehtiyat hissələri, qida məhsullarının və xidmət tədarükçülərinin axtarışı, təhlili və seçimi;
 Alınan malların keyfiyyətinə nəzarət.
Əmək haqqı:
 Razılaşma yolu ilə;
Tələblər:
 Təchizat sahəsində təcrübə (mühəndis biliyi olanlara, tikinti materiallarının xüsusiyyətlərini bilənlərə,  elektrik və elektronik malların və onların  ehtiyat hissələrinin alışı təcrübəsi olanlara üstünlük verilir);
 Ali təhsil;
 Daxili bazarı və onun özəlliklərini yaxşı tanımalı;
 Yüksək məhsuldarlıq və irihəcmli informasiyalarla işləmə qabiliyyəti;
 Kompüter biliyi;
 Yaş həddi: 25-40;
 3 il iş təcrübəsi;
 Xarici və daxili ezamiyyətlərə getmə imkanı;
 Şəxsi avtomobilin olması.
Əlavə tələblər:
 Analitik düşünmə və analiz qabiliyyətinin olması, işinə vicdanla yanaşan, dəqiq və dürüst olması tələb olunur;
Qeyd:
 İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul  olunur;
 Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar   olunan  şəxslər işə götürülmürlər;
 CV-ləri [email protected] ünvanına göndərin.

 
                                    





