İnformasiya Texnologiyaları departamentində Şəbəkə inzibatçısı
Vəzifə öhdəlikləri:
- Bankın Baş ofis və filiallarında informasiya mübadiləsinin təkmilləşdirilməsi məqsədilə lokal və qlobal şəbəkələr yaratmaq
- Lokal və Qlobal şəbəkənin fasiləsiz işləməsinin təmin edilməsi və yaranan problemlərin aradan qaldırılmasını həyata keçirmək
- Banka xidmət göstərən kənar şirkətlərin VPN vasitəsilə şəbəkə xidmətini təmin edib onlara nəzarət etmək
- Lokal və Qlobal şəbəkənin daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq
- Şəbəkədə yeni modifikasiya və müvafiq avadanlıqların yeni versiyalarını tətbiq etmək
- Bankın struktur planına uyğun monitorinq və nəzarət proqramlarının quraşdırılmasını təmin etmək
- Şəbəkə resurslarının daha səmərəli istifadəsi, təkmilləşdirilməsi üçün araşdırmalar aparmaq
Namizədə dair tələblər
- Ali təhsil
- Səlis Azərbaycan dili, yaxşı səviyyədə Rus və İngilis dili biliyi
- Sahə üzrə minimum 2 il iş təcrübəsi
- CCNA, CCNP, CCSP səviyyəsində biliklərə malik olmaq (sertifikatların olması arzuolunandır)
- Cisco, Palo Alto, Chek Point şəbəkə avadanlıqları ilə iş təcrübəsi
- Yeni texnologiyaların öyrənilməsi və tətbiqi bacarığı
- Qısa müddət ərzində problemi aşkarlamaq və aradan qaldırmaq qabiliyyəti
- İri miqyaslı infrastruktur dəyişikliklərində iş təcrübəsi
CV-lərinizi vakansiyanın adını qeyd etməklə http://azerturkbank.az/bank/hr/form ünvanında müraciət formasını dolduraraq və ya [email protected] poçt ünvanına göndərərək bizə müraciət edə bilərsiniz.
CV-lər son qəbul tarixi 30.11.2018