Vəzifə: İnformasiya texnologiyaları İdarəsinin şəbəkə infrastrukturu şöbəsinin şəbəkə inzibatçısı- stajçı mütəxəssisi / şəbəkə inzibatçısı- kiçik mütəxəssisi
Əmək haqqı: (1280 AZN-dən başlayaraq)
Qeyd : Bank təcrübəsi olmayan namizədlər əmək haqqı (850 AZN) ödənilməklə stajçı mütəxəssis götürülə bilər.
İş qrafiki: 09:00 – 18:00/ Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali magistr təhsili (Texniki ixtisaslara üstünlük verilə bilər);
• Azərbaycan dilini mükəmməl səviyyədə bilmək (rus və ingilis dilini yaxşı səviyyədə bilmək arzuolunandır);
• Hərbi xidməti bitirənlər və ya uzun müddətli möhlət hüququ olanlar;
• Tələb olunan sahə üzrə minimum 3 (üç) il iş təcrübəsi arzuolunandır ;
• LAN/WAN texnologiyaları üzrə mükəmməl bilik;
• Cisco (switch, router, firewall) avadanlıqları üzrə konfiqurasiya, sazlanması və quraşdırılması üzrə iş təcrübəsi;
• Komandada işləmək bacarığı;
• İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
İŞİN TƏSVİRİ:
• LAN/WAN şəbəkəsi və İT infrastrukturunun dizaynı, quraşdırılması və yaranan problemlərin aradan qaldırılması;
• Şəbəkə avadanlıqlarının (Cisco router, switch, və s.) funksionallığını maksimum səviyyədə artırmaq, təhlükəsizlik üçün ətraflı icra planlarını hazırlamaq;
• Router, Switch və Fierwall-ları Bankın təhlükəsizlik standartlarına uyğun olaraq hazırlamaq;
• Şəbəkə problemlərini müəyyən edib həll etmək;
• Monitorinq sistemi vasitəsilə infrastruktur elementlərinin konfiqurasiyası və monitorinqini aparmaq;
• Şəbəkənin yüklənilməsi və trafikin optimallaşdırılması;
• Avadanlıq və proqram təminatı sistemləri, o cümlədən yeni sistemlərin quraşdırılması və sənədləşdirilməsi;
• İT prosedurları və siyasəti çərçivəsində digər öhdəlikləri icra etmək.
QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.
Əlaqə vasitələri:
E – mail : [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34