7 C
Baku
Sunday, December 15, 2024

“Səba” ASC Bakı Fond Birjasında listinqə qəbul edilib

Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə avqustun 27-dən “Səba” ASC-nin adi səhmləri BFB-də alternativ bazar seqmentində listinqə daxil olunub.

BFB-dən Banker.az-a bildirilib ki, ticarətə buraxılan istiqrazların sayı 2 milyon 395 min 296 ədəd, qiyməti 2 manatdır. Ticarətə avqustun 28-dən başlanılacaq.

BFB-də ticarətdə iştirak etməkdə maraqlı şəxslər birja üzvü olan broker şirkətlərinə müraciət edə bilər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Son xəbərlər
Digər xəbərlər