“Səba” ASC idarə heyəti və müşahid şurasına yenidən baxacaq

2017-ci il mayın 15-də keçirilməsi nəzərdə tutulan “Səba” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı yetərsay olmadığına görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada yenidən çağırılır. Şirkətin açıqladığı məlumata görə, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 1, “Səba” ASC-nin inzibati binasında keçirləcək.

“Səba” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı 16 iyun 2017-ci il saat 15.00-da keçiriləcəkdir.

Gündəlikdə, Səhmdar cəmiyyətin əlavə adi səhmlərinin buraxılması (emissiyası) yolu ilə nizamnamə kapitalının artırılması, müşahidə şurası barədə, idarə heyəti , nizamnaməsində müvafiq dəyişikliklərin edilməsi və onun yeni redaksiyada qəbul edilməsi, 2016-cı il üçün illik (maliyyə) hesabatları, 2016-cı ilin nəticələrinə görə dividendlərin müzakirə edilməsi, Kənar auditorun seçilməsi, Xüsusi əhəmiyyətli əqdin bağlanmasına dair ümumi yığıncağın razılığının verilməsi məsələlər daxil edilib.

Son xəbərlər
Digər xəbərlər