9 C
Baku
Monday, November 18, 2024

“Səba” ASC-nin təsisçisi olduğu şirkət ləğv olunur

30 aprel 2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında “Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə  kənar auditorun seçilməsi haqqında, təsisçilərindən biri “Səba” ASC olan “Səba Orqanik Gübrə” MMC-nin ləğv edilməsi haqqında məsələlərin müzakirəsi daxil edilib.

Qeyd edək ki, Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.

Son xəbərlər
Digər xəbərlər