İyunun 30-da “Səba” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyinə “Səba” ASC-nin 2021-ci il üçün illik (maliyyə) hesabatları və digər məsələlər daxildir.
Qeyd edək ki, səhmdarların ümumi yığıncağı şirkətin Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında yerləşən inzibati binasında baş tutacaq.