21 may 2024-cü il tarixdə saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında “Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:
1. “Səba”ASC-nin tək təsisçiliyi ilə təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyət olan yeni hüquqi şəxsin yaradılması haqqında;
1.1. Hüquqi şəxsin təsis edilməsi haqqında;
1.2. Hüquqi şəxsin hüquqi ünvanının müəyyən edilməsi haqqında;
1.3. Hüquqi şəxsin nizamnamə kapitalının, o cümlədən nizamnamə kapitalına ödənilən pul olmayan əmanətlərin (nizamnamə kapitalındakı mayaların) dəyərinin təsdiq edilməsi haqqında;
1.4. Hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi haqqında;
1.5. Hüquqi şəxsin icra orqanı haqqında;
1.6. Hüquqi şəxsin dövlət qeydiyyatına alınması haqqında.
Ümumi yığıncağa gələn səhmdarlar şəxsiyyəti təsdiq edən sənəd, səhmdarların nümayəndələri isə şəxsiyyəti təsdiq edən sənəd və nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə təqdim etməlidirlər.