29 iyul 2024-cü il tarixdə saat 15:00-da Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında “Səba” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlərin müzakirəsi daxil edilib:
1. “Səba” ASC tərəfindən emissiya edilmiş səhmlərin bir qisminin geri alınması haqqında;
2. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-nin nizamnamə kapitalındakı “Səba” ASC-yə məxsus payların satılması haqqında.